Vaqif Abdullayevin vəzifədən alınmasının səbəbi açıqlanıb - Vətəndaşlarla kobud rəftar edirmiş
Dünən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Asif Əzizağa oğlu Ağayev kollektivə təqdim olunub
Asif Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin kollektivi, idarə rəhbərləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
AzFakt.com-a daxil olan məlumata görə, yeni icra başçısını rayon ictimaiyyətinə təqdim edən prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bir müddət əvvəl dövlət başçısının sərəncamına əsasən vəzifədən alınan Vaqif Abdullayevin işdən çıxarılmasının səbəbini də açıqlayıb.
Zeynal Nağdəliyev bildirib ki, "Vaqif Abdullayev vətəndaşlarla, məmurlarla kobud rəftar edərək özünü dövlət məmuru kimi apara bilməyib". Buna görə də Vaqif Abdullayevin utancverici hərəkətləri ilə bağlı ölkə rəhbəri, prezident İlham Əliyevə məruzə edilkdikdən sonra dövlət başçısı onun işinə son veməyə qərar verib.

Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"