
“Turan” agentliyinin direktoru Mehman Əliyev həbsi ilə əlaqədar prezident İlham Əliyevə müraciət edib.
Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.