XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » ABŞ Mehman Əliyevi dərhal azad etməyə çağırdı

ABŞ Mehman Əliyevi dərhal azad etməyə çağırdı

ABŞ Mehman Əliyevi dərhal azad etməyə çağırdı
27-08-2017, 20:57

Dövlət Departamentindən bəyanat

ABŞ Dövlət Departamenti "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – "Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. "Turan”a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır”.

Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə. Agentlik isə onun həbsindən sonra fəaliyyətini dayandırdığını bəyan edib.

strateq.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.