ABŞ Dövlət Departamenti: “Mehman Əliyev dərhal azad edilməlidir”
Azərbaycan rəsmiləri Turan İnformasiya Agentliyinin Direktoru Mehman Əliyevi həbs edərək onun barəsində vergidən yayınmaq və səlahiyyətlərini aşmaq ittihamları üzrə 3 aylıq həbs qətimkan tədbiri seçiblər.
ABŞ Dövlət Departamentinin sözçüsü heather Nauert deyib: “Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökümətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.”
Birləşmiş Ştatlar Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır