XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda daha bir sürücü özbaşınalığı

Bakıda daha bir sürücü özbaşınalığı

Bakıda daha bir sürücü özbaşınalığı
27-04-2020, 08:16

Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb...
Sürücülərdən biri başına gələn hadisəni Avtosfer.az-a bildirib. Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib.

Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.