Narkotiki qayınanasının evində gizlətdi
Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qaracaəmirli kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Tural Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən iki ədəd kibrit qutusunda və bir ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 14.672 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Məmmədliyə narkotik vasitə satan şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəhriyar Razyev olduğu müəyyən edilib. Onun və qayınanasının evinə baxış keçirilən zaman ümumilikdə 72 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 200 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunuraq götürülüb.
İlkin dindirmə zamanı Ş. Rzayev narkotik tərkibli bitkini satmaq məqsədilə əkdiyini bildirib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...