Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bəxtiyar Şəmsi saxlanılaraq RPİ-nə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Hümbətov saxlanılaraq Nizami RPİ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2.8 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...