SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Mingəçevirdə əvvəlki məhkumun evindən külli miqdarda narkotik vasitə aşkar edilib

Mingəçevirdə əvvəlki məhkumun evindən külli miqdarda narkotik vasitə aşkar edilib

Tarix:

19-03-2020, 12:19

/ 903 dəfə oxundu.
Mingəçevirdə əvvəlki məhkumun evindən külli miqdarda narkotik vasitə aşkar edilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş Mingəçevir şəhər sakini Ceyhun Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ