Ağcabədi sakinindən narkotik maddə götürülüb
Ağcabədi rayonunda narkotik maddə satan şəxs tutulub.
Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini Quliyev Samir Natiq oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və evində narkotik vasitələr saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat zamanı Samir Quliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Sonra S.Quliyevin yaşadığı Həzi Aslanov küçəsində yerləşən mənzilə baxış keçirilib. Yataq otağında yerləşən paltar dolabından 10 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi çəkisi 39,46 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının CM-nin 234.2 maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...