XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ağcabədidə narkotik satan şəxs tutuldu

Ağcabədidə narkotik satan şəxs tutuldu

Ağcabədidə narkotik satan şəxs tutuldu
2-12-2019, 17:15

Ağcabədi rayonunda narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Hindarx qəsəbə sakini, 1974-cu il təvəllüdlü Elsəvər Tariel oğlu İsmayılov saxlanılıb.

Axtarış zamanı onun üzərindən 0,7 qram heroinə 2.5 qram marixuana aşkar edilərək götürülüb. Daha sonra E.İsmayılovun yaşadığı Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabdan 6 bükükdə ümumi çəkisi 215 qram olan heroin, 2 bükükdə ümumi çəkisi 17.7 qram metamfetamin, 3 bükükdə ümumi çəkisi 70,8 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.