SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Balakən sakinindən narkotik vasitə götürülüb

Balakən sakinindən narkotik vasitə götürülüb

Tarix:

18-03-2021, 10:29

/ 616 dəfə oxundu.
Balakən sakinindən narkotik vasitə götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ