Bakıda kriminal dəstə vətəndaşı girov götürdü - Saxlanılanlar var
Bakıda dələduzluq yolu ilə vətəndaşı girov götürən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək "Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri - Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək