XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı
8-10-2019, 12:26

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.