Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Geri qayıt