SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Körpə doğuş zamanı öldü - Zaqatalada

Körpə doğuş zamanı öldü - Zaqatalada

Tarix:

2-07-2018, 16:28

/ 1 333 dəfə oxundu.
Körpə doğuş zamanı öldü - Zaqatalada

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ