SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İki yük avtomobili toqquşdu: ölən var

İki yük avtomobili toqquşdu: ölən var

Tarix:

5-01-2024, 15:17

/ 490 dəfə oxundu.
İki yük avtomobili toqquşdu: ölən var

 Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ