Qusar və Şəmkirdə baş verən qəzalarda iki nəfər öldü
Qusar və Şəmkir rayonlarında baş verən avtoqəzalarda iki nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 7-də saat 18 radələrində Qusar rayonunun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil su arxına aşıb. Nəticədə sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində qeydə alınıb. Kənd sakini Elməddin Sarıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...