SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Kəlbəcərdə yük avtomobili dərəyə aşıb: Ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb: Ölən var

Tarix:

14-11-2022, 11:39

/ 647 dəfə oxundu.
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb: Ölən var

 
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ