Bakıda mikroavtobus aşdı: ölən və yaralananlar var
Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, martın 20-də saat 15.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.
Nəticədə A.Hüseynovun sərnişinlərindən Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb, özünə və digər 1 sərnişininə, habelə M.Mustafayevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...