SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Dəmirbank”ın əmanətçilərinə kompensasiya veriləcək - Sabahdan

“Dəmirbank”ın əmanətçilərinə kompensasiya veriləcək - Sabahdan

Tarix:

31-01-2018, 10:33

/ 1 388 dəfə oxundu.
“Dəmirbank”ın əmanətçilərinə kompensasiya veriləcək - Sabahdan

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabah, fevralın 1-dən ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək.

Əmanətçilər müəyyən edilmiş cədvələ (http://adif.az/?~/aze/news/full/1/1156/) uyğun olaraq, “Dəmirbank”da əmanəti olduğu filialın qarşısında qeyd edilmiş “Kapital Bank” ASC-nin filialına müraciət etməklə, şəxsiyyəti təsdiq edən sənəd, əmanət müqaviləsi (əlavələrlə birlikdə), əmanət kitabçası və yaxud əmanətin sahibliyini təsdiq edən digər sənədlər (hesabdan cıxarışlar) və doldurulmuş ərizə əsasında kompensasiya ala bilərlər.

Ərizə formalarını ADIF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti,40 və Xətai rayonu, Babək prospekti,16 ünvanlarındakı ofislərindən, fondun internet səhifəsindən (www.adif.az), eləcə də “Kapital Bank”ın filiallarından əldə etmək olar.

Şərhlər

XƏBƏR LENTİ