"Mərkəzi Bank və ADİF arasında qalmışıq" - Əmanətçilər İMDAD DİLƏYİR
"AtaBank, ƏmrahBank, NBCbank və AGBank ASC-nin əmanətçiləri olaraq Sizə bu müraciəti yazmaq məcburiyyətində qalmışıq". Bu barədə DİA.AZ-a Elcin Məmmədov adlı əmanətçi tərəfindən göndərilən müracətdə deyilir.
Daha sonra müraciətdə bildirilir: "Belə ki, yuxarıda qeyd olunan banklarda müxtəlif vaxtlarda sığortalı əmanət yerləşdirmik. Bu bankın lisenziyası MB tərəfindən ləğv edildikdən sonra biz öz sığortalanmış əmanətlərimizi aidiyyəti üzrə Azərbaycan Əmanətlərin Sığortalaması Fondu (ADİF) tərəfindən geri qaytarılması ilə bağlı çətinlik çəkirik. İş orasındadır ki, ADİF bildirir ki, həmən banklara müxtəlif vaxtlarda AR Mərkəzi Bankı tərəfindən əmanətlərin qəbuluna qadağa qoyulmuşdur. Lakin nə ADİF-in, nə də əmanətçilərin bundan xəbərləri olmamışdır. Bankların əmanət götürməsi qadağası haqqında məlumat kütləvi informasiya vasitələrində işıqlandırılmamış, bank tərəfindən müştərilər məlumatlandırılmamışdır və vətəndaşlar əmanət yerləşdirməyə davam etmiş, bankla sığortalı əmanət müqavilələri imzalamışdırlar. Sığorta hadisəsi baş verdikdən sonra bu fakt ortaya çıxmışdır və hal hazırda ADİF tərəfindən bu əmanətlər bloklaşdırılıb və qorunmayan əmanətlər kimi nəzərə alınır.
Sadə vətəndaşlar, övladlarımızın gələcəyi üçün və ya mənzil problemini həll etmək üçün işləyib alınımızın təri ilə halal qazandığımız əmək haqqlarımızdan müəyyən məbləğlərdə vəsait toplayıb ölkəmizdəki iqtisadiyyatın stabilliyinə, Mərkəzi Banka, ADİF-ə inanaraq banka əmanət yerləşdirmişik. Bank bizim əmanətləri sığortalayıb ADİF-ə sığorta haqqı ödəmişdir. Lakin buna baxmayaraq biz iki dövlət qurumu (ADİF və Mərkəzi Bank) arasında anlaşılmamazlıq ucbatından əmanətlərimizi qeri ala bilmirik. Vətəndaşların bu yaranmış vəziyyətdə heç bir təqsiri yoxdur. ADİF-ə çox saylı müraciət etməyimizə baxmayaraq hələ də birmənalı cavab ala bilməmişik. Bu çətin COVİD-19 pandemiyası olan dövrdə bizim haqqlarımız pozulur və biz karantin rejimi olduğuna baxmayaraq evlərimizi tərk edib Mərkəzi Bank və ADİF arasında qalmışıq.
Sizdən çox xahiş edirik ki, bu məsələ ilə bağlı bizə köməklik göstərəsiniz və bu məsələni ictimayiləşdirəsiniz".
Mövzu diqqətimizdədir...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır