SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb - Yüzlərlə fəhlə işsiz qalıb...

Naxçıvanda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb - Yüzlərlə fəhlə işsiz qalıb...

Tarix:

16-09-2023, 07:32

/ 441 dəfə oxundu.
Naxçıvanda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb - Yüzlərlə fəhlə işsiz qalıb...

Babək rayonunda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb. Buna səbəb Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazrliyinin qum-çınqılın çıxarılmasına və daşınmasına qoyduğu qadağa olduğu bildirilir.

Xalqxeber.az yazır ki, bu barədə “Gündəlik Naxçıvan”a karxana sahibləri məlumat verib. Yeni qadağa rayonda fəaliyyət göstərən kərpic sexlərinin də fəaliyyətinin dayandırmasına səbəb olub. Karxana və sexlərin bağlanması isə, yüzlərlə fəhləni işsiz qoyub.

Təhlükəsizlikləri baxımından adlarının çəkilməsini istəməyən sahibkarların məlumatına görə, onları bu ilin əvvəlindən sıxışdırmağa başlayıblar:

“Bu ilin əvvəlindən, yəni Naxçıvan rəhbərliyi dəyişdikdən sonra qum və çınqıl karxanalarının işində ciddi problemlər yaranıb. Əvvəlki rəhbərliyin dövründə 70 manata bir maşın qum alırdıq. Yenilər gəldi, bu işə pols nəzarət etməyə başladı. Qum satanları, ekskavator, qum daşıyan sürücüləri küllü miqdarda cərimələdilər. Bir müddət tikintilər dayandı. Sonra bir maşın qumun qiymətini 200 manata qaldırdılar. İndi isə, ümumiyyətlə çaylardan qum, çınqıl qazmağı nazrliyin əmri ilə rəsmi qadağan ediblər. Biz də məcbur qalıb, karxanaları bağladıq. Bizdən qum alıb, kərpic istehsal edənlər də məcbur qalıb, iş yerlərini bağladılar. Yüzlərlə fəhlə işsiz qaldı, uşaqlarına çörək apara bilməyəcəklər“.

Qum və çınqıla qoyulan qadağa yerli sakinləri də narazı salıb. Rayon sakini Ramiz Ağayev deyir ki, kərpic və qum tapılmadığından, yarımçıq qalan evini dədə-baba qaydası ilə, daş və adi palçıqdan tikməyə məcbur olub:

“Bir aydır qum və kərpic tapa bilmədiyim üçün, evim yarımçıq qalıb. Çaydan qum yığmağı qadağan ediblər. Karxanalar fəaliyyətini dayandırıb. 200 manata belə kimsə qum gətirmək istəmir. Çünki hamı cərmələnməkdən qorxur. İndi nə edəcəyimi bilmirəm. Məcbur qalmışam əvvəllər olduğu kimi palçıqdan və daşdan istifadə edəm. Bu cür olmaz, axı. Yeni hakimiyyət nə fikirləşir, insanlara niyə belə əziyyət verirlər?”
Məsələ ilə bağlı adı çəkilən nazrlikdən münasibət almaq mümkün olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ