Naxçıvanda ixtisarlar başladı: yüzlərlə təhsil işçisi işsiz qalacaq
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin göstərişi ilə məktəbdənkənar təhsil müəssisələrin birləşdirilməsinə başlanılıb.
Bu barədə Qaynarinfo-ya Naxçıvandakı mənbələr məlumat verib.
Məlumatda bildirilir ki, rasionallaşdırma adı altında bir çox məktəbdənkənar təhsil müəssisələri ləğv edilərək digərlərinə birləşdiriləcək. Nazirliyin həyata keçirəcəyi tədbirlər nəticəsində çoxlu sayda təhsil işçisinin də ixtisara salınması gözlənilir. Prosesin tam olaraq yanvar ayında yekunlaşacağı bildirilir.
Qeyd edək ki, bir müddət öncə keçmiş Təhsil Naziri Mikayıl Cabbarovun 233 saylı əmrinə əsasən paytaxtda və ölkənin digər regionlarında fəaliyyət göstərən 300-ə yaxın məktəbdənkənar müəssisə üzrə də birləşdirilmələr aparılmış və bir çox işçilər ixtisar edilmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...