SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanıb.

Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanıb.

Tarix:

23-11-2022, 16:13

/ 282 dəfə oxundu.
Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanıb.

Dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası 30 illik tarixi yolda xalqa və vətənə, Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında xüsusi rol oynayıb. Ölkədə özbaşınalığın, xaos və anarxiyanın  hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda Ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. Dünya şöhrətli dahi şəxsiyyətin Yeni Azərbaycan Partiyasının dünəni, bu günü və gələcəyi ilə bağlı inamı partiyanın qət etdiyi 30 illik yolun bələdçisinə çevrildi.  YAP dünya təcrübəsində bənzəri olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 30 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə töhfələrinin olmasından qürur hissi keçirir.
Bu gün Yeni Azərbaycan Partiyası 30 illik yubileyini məhz Zəfər ruhunda, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı,  genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət aldığı, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrildiyi bir zamanda qeyd edir. Bu, partiyamızın yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyevin əsas amalı idi. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına güvənir, ona sarsılmaz inam bəsləyir, daim etimad göstərir. 30 ildə zəngin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanıb. Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi.
   Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı söyləyib ki, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik: “Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi”. Ulu Öndərin həyat və fəaliyyətini fədakarlıq nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı deyib: “O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır”. Tədbirdə YAP-ın xalqın sevgisini və dəstəyini qazandığını, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyini diqqətə çatdırılaraq, qeyd olunmuşdur ki, bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınır. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq! Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız sözün əsl mənasında tarix yazır. Bu, müstəqil Azərbaycanın tərəqqi tarixi, partiyamızın şərəf tarixidir

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin direktoru:  Nəmidə Namini

Şərhlər

XƏBƏR LENTİ