SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

Tarix:

4-03-2022, 14:50

/ 356 dəfə oxundu.
YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

 
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib.  Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edib. 
Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir.  Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan  cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanıb.
Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən bir ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır.
YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Partiyada  cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir. Əsas hədəflərindən biri Heydər Əliyev irsinin təbliği və təşviqi olan,  dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirak edən,  beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğinə, ölkələr arasında münasibətlərin  inkişafına böyük töhfələr verən  YAP-ın cəmiyyətdə mövqeyi günbəgün  möhkəmlənməkdədir.  YAP “Biz birlikdə güclüyük!” devizi altında daha  möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ