Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 1992-ci ilin 14 yanvar tarixində tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 5 iyun tarixində qurulmuşdur.
Azərbaycan ilə Bolqarıstan arasında ilk ali səviyyədə səfər 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri olub. Səfər zamanı 1995-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində 2015-ci ilin 4 mart tarixində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Hüquq müqavilə bazası çərçivəsində Azərbaycan-Bolqarıstan arasında 55-dən çox sənəd imzalanıb.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüş zamanı Prezidentin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.
Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik.
Məlum olduğu kimi, dövlət başçımız bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxlamışdır.
Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha əyani şəkildə göstəricisidirdi.
Xəlilova Aynur - politoloq