SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bolqarıstan və Azərbaycan daha sıx əlaqələr qururlar

Bolqarıstan və Azərbaycan daha sıx əlaqələr qururlar

Tarix:

4-10-2022, 11:14

/ 324 dəfə oxundu.
Bolqarıstan və Azərbaycan daha sıx əlaqələr qururlar

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib. Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək və geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Daha sonra ölkələrimiz arasındakı siyasi əlaqələrin davamlı olaraq inkişaf ediyini, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirildiyini, qeyd edərək enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqını da diqqətə çatdırdı.
Prezident İlham Əliyev  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malik olduğunu söyləyərək, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcəyini, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacağını bildirdi və Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti olduğunu, Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracağını qeyd etdi.
Daha sonra Prezident İlham Əliyev yeni əməkdaşlıq imkanları araşdırılacağını qeyd edərək iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcudluğunu və Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağını, işğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirdi.

Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ