SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir

Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir

Tarix:

20-03-2022, 15:29

/ 466 dəfə oxundu.
Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir

 
Son illərdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında qazanılıb. Bu mötəbər yarışda idmançılarımız 7-i qızıl olmaqla 16 medal qazanıb, komanda hesabında 1-ci yerə çıxmışlar.
Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev yarış iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edərək əsas diqqət göstərdiyi məsələ vətənpərvərlik, torpaq sevgisi və bunun fonunda 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Dövlət başçısı bu gün qalibiyyətimizin bizdə yaratdığı qürur hissini, qələbələrə çağırışlarını diqqətə çatdırıb. Artıq bu gün hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər.
Bir ildən artıqdır ki, azadlığına qovuşmuş tarixi torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq bu ərazilərə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır. Bu işlər Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Dövlət başçısı görüşdə onu da bildirmişdir ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur.
Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağı tövsiyə edirdi. Son 18 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “hər kəs dövlət maraqlarını üstün tutmalı, vətəndaşların qayğıları ilə yaşamalı, ölkənin hərtərəfli inkişafına dəstək olmalıdır”.
Prezident İlham Əliyev Avropa çempionatının iştirakçılarını qəbul edərkən söylədiyi “Siz gənclər artıq başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır... Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik” fikirləri gənclərimizi təkcə idmanda deyil, bütün sahələrdə yeni-yeni qələbələrə ruhlandırıb.  
 
Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,
"Azərbaycan Respublikasının Əməkdar məşqçisi"

Şərhlər

XƏBƏR LENTİ