SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İdmandakı uğurlar ölkəmizin nüfuzunu artırır

İdmandakı uğurlar ölkəmizin nüfuzunu artırır

Tarix:

9-04-2022, 15:00

/ 521 dəfə oxundu.
İdmandakı uğurlar ölkəmizin nüfuzunu artırır

 
Ulu Öndər Heydər Əliyev vaxtı ilə xalqa müraciətində demişdir ki, “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır. Hər bir dövlət öz qüdrətinin, öz gücünün nümayişi ilə dünya sistemində diqqəti cəlb edir və özünü tanıdır. Dünyamızda müxtəlif dövlətlər arasında hər bir sahədə güclü rəqabət gedir və hər biri bu rəqabətin önündə getməyə səy göstərir, özlərini sübut etməyə çalışırlar. Bu da təbiidir. Idman da bu sahələrdən biri, bəlkə də birincisidir. Çünki məhz idman yarışlarına daha çox tamaşaçı gəlir və yarış qaliblərinin şərəfinə həmin ölkənin bayrağı qaldırılır, himni səsləndirilir”
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha ölkəmizin nüfuzunu artırmışdır. Böyük Zəfər ilə Vətənə qayıdan idmançılarımız 16 medal qazanaraq Azərbaycanın idmanda əldə etdiyi uğurları müzəffər Azərbaycan xalqını sevindirərək yüksəkliklərə qaldırmışlar. Bizə böyük qürur hissi yaşadan bu medalların hər bir sahibi Azərbaycanın fəxri, milli sərvətimizdir.
Prezident İlham Əliyevin 8 aprel 2022-ci il tarixində Güləş üzrə Macarıstanda keçirilmiş Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşməsi və onlara öz tövsiyələrini verməsi dövlətin təkcə idmana deyil, o cümlədən milli-mənəvi dəyərlərə sadiq olan, dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilən gənclərimizə xüsusi diqqətin bariz nümunəsidir. 
Bundan əvvəl Prezident İlham Əliyev mart ayının 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşmüşdü. Həmin görüşü bir daha xatırladan cənab Prezident 8 apreldə idmançılarla görüşü zamanı demişdir: “Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.”
Prezident İlham Əliyev idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğurla çıxış edəcəyini gözlədiyini bildirib. “İki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik”, - deyə dövlət başçısı görüş zamanı  söyləmişdir.
Bu gün xüsusilə fərəhlidir ki, Azərbaycan özünün təkcə olimpiya çempionları və mükafatçıları ilə deyil, həm də  44 gün ərzində tarixi Zəfər qazanmış ölkəni, xalqı nümayiş etdirir. 
 
Aynur Xəlilova - publisist

Şərhlər

XƏBƏR LENTİ