SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar

Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar

Tarix:

20-03-2022, 15:40

/ 620 dəfə oxundu.
Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar

Ölkəmizdə Gənclər və idman siyasəti prioretet istiqamətlərdən biridir. Prezidenit İlham Əliyevin diqqəti və qayğısı  sayəsində Olimpiya hərəkatı respublikada geniş vüsət alıb və geniş idman ordusu yaradılıb. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dag royanlarda belə, dövlətimizin başçısının təşəbbüsu və tapşırıgı əsasında ən müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır. 

Göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı olaraq  bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, qazanılan 16 medaldan 7-si qızıl medaldır.

Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edən dövlətimiz başçısı deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.

Prezident vurğulayıb ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə artan rəqabət şəraitində Avropada birinci olmaq böyük nailiyyətdir: “Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarsılayıblar”.

Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik oldugunu qeyd edən dövlət başçısı ölkəmizin daim bu sahədə ön sıralarda oldigunu qeyd etdi:  “Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.

Beynəlxalq və Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz ölkəmizdə idmanın inkişaf tempinə müsbət mənada təsiri də göz önündədir. Gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bu barədə danışan ölkə başçımız çıxışında bildirmişdir: “Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar”.

Beləliklə, hazırda qalib ölkənin qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı olaraq zəfər bizimlədir.
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ