SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezidentin “La Repubblica” qəzetinə müsahibəsi dövlətimizin nüfuzuna xələl gətirənlərə təsirli cavab oldu

Prezidentin “La Repubblica” qəzetinə müsahibəsi dövlətimizin nüfuzuna xələl gətirənlərə təsirli cavab oldu

Tarix:

16-10-2021, 10:55

/ 306 dəfə oxundu.
Prezidentin “La Repubblica” qəzetinə müsahibəsi dövlətimizin nüfuzuna xələl gətirənlərə təsirli cavab oldu


Prezident İlham Əliyev “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı işlərdən, işğaldan azad olunmuş ərazilərə böyük sərmayə cəlbi timsalında sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinin formalaşdırılmasından, dünyanın Türkiyə, İtaliya kimi güclü ölkələrinin bərpa işlərində yaxından iştirakından, eləcə də ölkəmizin milli maraqları və təhlükəsizliyi məsələlərindən, xüsusilə də anti-Azərbaycan dairələrinin qarayaxma kampaniyalarının iflasa uğramasından danışıb. Azərbaycan Prezidentinin müsahibəsi həm də dövlətimizin nüfuzuna xələl gətirməyə, ölkəmizi təhdid etməyə çalışanlara, siyasi spekulyantlara mühüm və təsirli cavab oldu.
  Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha açıq şəkildə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və ölkəmizlə diktə dilində danışmağın perspektivsiz, uğursuz olduğunu diqqətə çatdırıb. Bu zaman yazın qonşumuz olan İranın Ermənistana dəstək verməsi məsələsinə toxunub. 
Prezident İlham Əliyev müsahibəsi zamanı siyasi mövqeyi və maliyyəsi tamamilə anti-Azərbaycan mənbəyindən olan QHT-lərin hansısa saxta məlumatlar əsasında hazırladığı qarayaxma sənədləri ilə spekulyasiya edənlərin də cəhdlərini iflasa uğratdığını bildirib.
Prezident İlham Əliyevin və dövlətimizin uğurlarını həzm edə bilməyənlərin bir çox ləkələmə kampaniyaları kimi “Pandora” uydurmaları da dəfn olundu. Uydurma, yalan məlumatlar əsasında qarayaxma kampaniyasını həyata keçirənlər anlamırlar ki, onların niyyəti Azərbaycan cəmiyyətinə bəllidir. Bu səbəbdən də, saxta, yalan məlumatlar əsasında ləkələmə, qarayaxma kampaniyası həyata keçirir, ictimai rəyi manipulyasiya etməklə məqsədlərinə nail olmağa cəhd edirlər. Lakin bu cəhdlər də əbəsdir, iflasa məhkumdur. Beləliklə də, dəstəyi Qərbdəki anti-Azərbaycan dairələrinin əlində olan maşanın - “beşinci kolon”un ictimai rəyi çaşdırmaq niyyətləri bu dəfə boşa çıxdı, ictimai dəstək almadı”. 

Metin Hüseynov - politoloq

Şərhlər

XƏBƏR LENTİ