SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Misir mətbuatı Prezidentin “La Repubblica” qəzetinə müsahibəsinə geniş yer ayırıb

Misir mətbuatı Prezidentin “La Repubblica” qəzetinə müsahibəsinə geniş yer ayırıb

Tarix:

7-11-2020, 14:46

/ 783 dəfə oxundu.
Misir mətbuatı Prezidentin “La Repubblica” qəzetinə müsahibəsinə geniş yer ayırıb

Misirin "Almasryalyoum" qəzeti və "Dostor" informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsinə geniş yer ayırıb.

Azərbaycanın dövlət başçısının "Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq" sözləri Misir ictimaiyyətinə təqdim edilən xəbərlərin sərlövhəsi kimi verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözlədiyimizi, bütün bu müddət ərzində Azərbaycanın danışıqlar prosesinə ciddi şəkildə sadiq olduğunu vurğulayıb. Təəssüflə qeyd edib ki, həmin proses hər hansı əhəmiyyətli nəticə verməyib. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edib.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Ermənistanın sonuncu hərbi təxribatının sentyabrın 27-də baş verdiyini, Azərbaycan Ordusunun buna cavab verməli olduğunu qeyd edib. Əlavə edib ki, biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

"Almasryalyoum" qəzetində Azərbaycanın Baş naziri Əli Əsədovun MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazilərində əks-hücum əməliyyatına başladığını, bu günədək 4 şəhər, 3 qəsəbə, habelə 200-dən çox yaşayış məntəqəsinin işğaldan azad edildiyini deyib. Bundan başqa, Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən "Tochka-U", "Elbrus" və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olub, 404 mülki şəxs yaralanıb.

Şərhlər

XƏBƏR LENTİ