SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

Tarix:

16-10-2021, 10:50

/ 265 dəfə oxundu.
Azərbaycana qarşı böhtan və qarayaxmalar  heç bir əhəmiyyət kəsb etmir

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası, Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla Azərbaycanın haqlı olduğunu, mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla ortaya qoydu. Həmin dövrdə dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin müharibə dövründə “La Repubblica” qəzetinə müsahibəsi ilə bu il oktyabrın 13-də sözügedən nəşrdə yer alan müsahibəsini müqayisə etdikdə fərqli məqamları görməmək mümkün deyil. Çünki münaqişə artıq tarixə qovuşub, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən əsas məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə investisiya yatıran xarici şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial, İşğal muzeylərinin yaradılmasında iştirak edir. 
Müsahibəsində Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimizin xarici siyasəti çox açıq, şəffaf, sabit və müstəqildir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. “Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir” deyən dövlətimizin başçısı bir daha antiazərbaycan dairələrə lazım olan mesajları çatdırdı”.
İkinci Qarabağ müharibəsində Qələbəmiz bir çox dairələri narahat etdi: Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi təbii ki, həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi.   
Dövlətimizin başçısı İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsində yer alan “Bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur” bəyanatı ölkəmizə, dövlət başçısına qarşı qərəzli mövqe nümayiş etdirən, əsassız fikirlər səsləndirən dairələrə tutarlı cavabdır.

İsrafil Kərimov – politoloq, AJB üzvü

Şərhlər

XƏBƏR LENTİ