SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir

İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir

Tarix:

16-10-2021, 10:40

/ 421 dəfə oxundu.
İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə vermişdir. Müsahibə zamanı Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və bu istiqamətdə İtaliya şirkətləri il birgə əməkdaşlıq, Azərbaycanın xarici siyasətinin prioritetləri kimi mühüm mövzulara toxunulmuşdur.
Son illərdə Azərbaycan və İtaliya arasında müttəfiqlik əlaqələri, siyasi-iqtisadi əlaqələr mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin dekabrın 19-da İtaliya ilə Azərbaycan arasında Qarabağda quruculuq işlərinə dair müqavilə imzalanıb. Bununla da Qarabağ regionunun bərpasında Türkiyədən sonra iştirak edəcək ikinci ölkə İtaliya olmuşdur. Hal-hazırda hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş, həm də yaxın dost kimi çıxış edir. Biz bunun ölkə başçımızın müsahibə zamanı səsləndirdiyi fikirlərdə də aydın şahidi oluruq: “Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”
2020-ci ilin sonlarında Azərbaycan qazı Avropaya nəql edilməyə başlandı. Beləliklə, İtaliya da Azərbaycandan qaz qəbul etməyə başladı.
İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər. 
 Qeyd olunan layihələrin icrasının mürəkkəb bir proses olmasına baxmayaraq, əslində, bu layihələrin regionda sülhün bərqərar olmasına xidmət edəcək. Habelə işğaldan azad edilmiş ərazilərə xarici şirkətlərin cəlb edilməsi biznes əlaqələrinin qurulması və etibarlılıq mühitinin yaradılması nöqteyi-nəzərindən də bir fürsətdir.

Aysel Mənsimova –YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ