SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BNA nəyə can atır? Monopoliyaya, yoxsa ölkədə sosial bərabərsizlik formalaşdırmağa...

BNA nəyə can atır? Monopoliyaya, yoxsa ölkədə sosial bərabərsizlik formalaşdırmağa...

Tarix:

2-09-2020, 21:43

/ 1 067 dəfə oxundu.
BNA nəyə can atır? Monopoliyaya, yoxsa ölkədə sosial bərabərsizlik formalaşdırmağa...

Sosioloq: “Bu həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır”.

“Belə bir açıqlamanı verən məsul şəxs dərhal işdən azad edilməli, BNA rəhbərliyi istefa verməlidir”.

Bu sözləri sosioloq Elçin Bayramlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev "Arb24"ün efirində sosial ayrıseçkiliyə yol açan fikirlər səsləndirib. Şöbə müdiri bildirib ki, ancaq imkanlı adamlar taksidən istifadə etməkidir. Aztəminatlı ailələr isə avtobusdan istifadə etməlidir: “Taksilərin qiyməti az qala avtobus qiymətinə bərabərləşib. Yəni bu belə olmalı deyil. Taksidən istifadə etmək əvvəllər olduğu kimi müəyyən imkanlara bağlı olmalıdır”.

Normalda dövlət həmişə rəqabətin və ucuzluğun yaranmasına çalışmalıdır. Rəsmi dövlət qurumunun bu açıqlaması hansı anlama gəlir? BNA-dan gələn bu açıqlama ölkədə bəzi məmurların monopoiyaya can atmaq və faktiki olaraq sosial bərabərsizlik formalaşdırmaq kimi dəyərləndirilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Yeri gəlmişkən, 100 milyon xərc çəkilib qurulan nəqliyyatın “intellektual” idarəetmə sistemi necə oldu? Əlbəttə, dövlətin pulu batıb getdi. Bütün bunları onu göstərir ki, BNA ölkəyə xeyir yox, zərər verir”.

BNA-nin fəliyyətinin ölkəyə xeyir yox, zərər verdiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir:

“Əvvəla qeyd edim ki, bu həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır. Məhz bu səbəbdən bu gülünc açıqlama ictimaiyyətin qəzəbinə səbəb olub və yüz minlərlə insan bunu sosial şəbəkələrdə, mətbuatda açıq ifadə ediblər. Belə bir açıqlamanı verən məsul şəxs dərhal işdən azad edilməli, BNA rəhbərliyi istefa verməlidir. Xüsusilə də ona görə ki, BNA-nın yaratdığı şərait həm xalqa, həm də dövlətə zərər vurur. Daha az avtobusla daha çox sərnişin daşıyaraq daha çox gəlir əldə etmək həvəsi həm virusun yoluxmasını artırır, həm xəstə və yaşlı vətəndaşların böyük əziyyətlə mənzil başına getməsiə səbəb olur. Bu vəziyyəti hesab edirəm ki, BNA qəsdən təşkil edib, çünki bu vəziyyətin başqa izahı yoxdur və ola da bilməz.

Əgər biz bazar iqtisadiyyatı adı verilən kapitalizm sistemində yaşayırıqsa, bu sistemin 2 təməl qanunu var: tələb-təklif, bir də azad rəqabət. Taksi sektorunda bu 2 tələbə riayət olunduğu üçün burada çox yaxşı bir mühit yaranıb. Qiymətlər həddən artıq münasib və hamı üçün əlçatan, rəqabət aparan şirkətlər çox, xidmət də əla. Üstəlik on minlərlə insan özünü işlə təmin edib və bu da sosial narazılığı azaldır. Bu vəziyyətdən narazılıq etmək yumşaq desək anormallıqdır. Bu sektor özəl şirkətlərdə və fiziki şəxslərin sahəsi olmalıdır, dövlətin bu sektora müdaxiləsi, yəni bazar iştirakçısı kimi fəaliyyəti yolverilməzdir.
Bu halda azad rəqabət qanunu pozulur. Ona görə də, dövlət bu sektorda iştirakçı olmamalı, sadəcə nəzarət edici və tənzimləyici orqan funksiyasını yerinə yetirməlidir. Nəzarət deyərkən də qiymətlərə qarışmaq, əlavə bürokratik əngəllər yaratmaqdan yox, sadəcə vətəndaşların hüququnun pozulması və onların aldadılmasının qarşısının alınmasından söhbət gedə bilər.

Kütləvi ictimai nəqliyyatda isə tam əksinin olması məqsəduyğundur. Çünki kütləvi sərnişin daşımaçılığı strateji sahədir. Ona görə də, yerüstü və yeraltı nəqliyyatda sərnişin daşımaçılığında dövlətə ya da bələdiyyələrə üstünlük verilməlidir. Əksər ölkələrdə belədir. Yaxşı olardı ki, müvafiq orqanlar vətəndaşların razı qaldığı, on minlərlə insanın özünə iş yeri tapdığı taksi sektoruna müdaxilə etməkdənsə, vaxtilə naməlum səbəbdən və cinayətkarcasına məhv edilmiş ekoloji təmiz, ucuz və dözümlü nəqliyyat vasitələrinin- tramvay, trolleybus və şəhərətrafı elektrik qatarlarının bərpasına girişsinlər.

Elçin Bayramlı: “Sərnşin yarım saat- bir saat ayaqüstündə, sıxlıqda əzabla niyə getməlidir ki?”.

Dünyanın bütün mədəni ölkələrində bu nəqliyyat sistemləri uğurla fəlaiyyət göstərir. Bizdə isə, onlar kimlərinsə biznes maraqları naminə ləğv edildi, nəticədə həm sərnişindaşımada xaos yarandı, həm şəhərlərin ekoloji mühitinə çox ağır zərbələr vuruldu, həm də sərnişindaşıma qiymətləri daha yüksək olan avtobusların ümidinə qaldıq. 10 ildən çoxdur tramvay və trolleybusun bərpa olunacağı haqda boş vədlər dövriyəyə buraxılsa da bu istiqamətdə bircə addım da atılmayıb. Bakı-Sumqayıt xəttəində elektrik qatarı buraxmaqla işlərini bitmiş hesab ediblər, halbuki Sovet vaxtı Bakı ətrafı, Abşeronun bütün kənd və qəsəbələrinə çoxsaylı marşrutlarla elektriçkalar işləyirdi və onlar ildə milyonlarla sərnişin daşıyırdılar.



Bu nəqliyyat sistemləri bərpa olunsa paytaxtdakı dəhşətli təxac və iflic olmuş şəhər küçələri problemi də həllini tapar. Vətəndaş taksiyə o vaxt ehtiyat duymaz ki, başqa paytaxtlarda, iri şəhərlərdə olduğu kimi müasir, rahat və sərfəli nəqliyyat vasitələri sistemi olsun. Yoxsa sərnişin yarım saat- bir saat ayaqüstündə, sıxlıqda əzabla niyə getməlidir ki?

Məsələn baxsınlar, Moskvaya, Kiyevə, Romaya, İstanbula, Minksə, Berlinə və s. Avropanın ən böyük şəhəri olan Moskvada ətrafı ilə birlikdə 25 milyonadək insan yaşayır, amma heç orada Bakıdakı kimi dəhşətli tıcaxlar olmur. Eləcə də digər şəhərlərdə. Səbəb sadəcə, müxalif nəqliyyat sistemlərinin olması və onların optimal idarə olunmasıdır.

Elçin Bayramlı: “Avtobuslar daha bahalı yanacaq olan benzin və dizellə işləyəndə və indikilərdən daha az sərnişin götürəndə gediş haqqı 20 qəpiklə işləyə bilirdilər, amma indi yeni avtobuslar daha çox sərnişin daşıyır 2-3 dəfə azxərcli yanacaqla işləyir, amma 30-40 qəpiklə işləyirlər”.

Daha bir maraqlı məqam isə odur ki, avtobuslar daha bahalı yanacaq olan benzin və dizellə işləyəndə və indikilərdən daha az sərnişin götürəndə gediş haqqı 20 qəpiklə işləyə bilirdilər, amma indi yeni avtobuslar daha çox sərnişin daşıyır 2-3 dəfə azxərcli yanacaqla işləyir, amma 30-40 qəpiklə işləyirlər. Bu paradoksu nə iləizah edə bilərlər ki? Heç nə ilə. Səbəb sadəcə daha çox gəlir əldə etməkdir vəssalam.

Yeri gəlmişkən, 100 milyon xərc çəkilib qurulan nəqliyyatın “intellektual” idarəetmə sistemi necə oldu? Əlbəttə, dövlətin pulu batıb getdi. Bütün bunları onu göstərir ki, BNA ölkəyə xeyir yox, zərər verir. Bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir.

Onu da qeyd edim ki, bunlar marşrutları qəsdən elə qurublar ki, bir yerdən digərinə getmək üçün 90 faiz hallarda azı 2 avtobus dəyişməlisdən. Yəni məqsəd hər sərnişindən daha çox pul çıxarmaqdır. Sərnişin həm 2 qat xərcə düşür həm vaxtı enerjisi əsəbi gedir”.

Şərhlər

XƏBƏR LENTİ