Sabiq deputat da BNA-nı "topa tutdu": "Elə bilirlər millətin arvad-uşağı, qocası da bunların evindəkiləri kimidir?"
O BNA-çının avtomobilini alın. İşə avtobusla gedib-gəlsin. Yoxsa, xeyri yoxdur. Hər gün xalqın da, dövlətin də, iqtidarın da ziyanına bir qərar verəcək”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisiin sabiq deputatı Gülər Mikayılqızı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” sözlərini şərh edərkən deyib.
Sabiq deputat sosial şəbəkədəki səhifəsində yazıb ki, bizim ölkədə ədalətli və sağlam məntiqli davranışı yalnız bir yolla bərqərar etmək olar:
"Hər verdiyin qərarı özünə tətbiq etməklə. Bu müasir menecerləri Sabunçu, Binəqədi, Xəzər, rayonlarının kasıb məhlələrinə aparmaq lazımdır. Yoxsa elə bilirlər ki, Bakıdakı yollar hamısı Neftçilər prospektidir, millətin də arvad-uşağı, qocası bunların evindəki kimi.
Biri bundan soruşsun ki, əlil arabasında gəzənlər üçün neçə avtobusun var? Həmin avtobuslar gecəqondu tikilmiş, asfaltsız əyri-üyrü neçə küçəyə girir? Bütün əlil arabaları hərəkət üçün "badımcan taksi"dən istifadə edir, bilirsiniz? Əlillərin pensiyasının məbləğindən xəbəriniz var? Yenə yazım? Öz arşınınızla ölçməyin. Sizin kimi yaşamayan minlərlə adam var ölkədə. Bu qədər bəsdir...”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır