XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əhaliyə “taksi tövsiyəsi” verən Hikmət Babayev cavabını aldı: - “Öz işinlə məşğul ol!”

Əhaliyə “taksi tövsiyəsi” verən Hikmət Babayev cavabını aldı: - “Öz işinlə məşğul ol!”

Əhaliyə “taksi tövsiyəsi” verən Hikmət Babayev cavabını aldı: - “Öz işinlə məşğul ol!”
2-09-2020, 16:26

Son zamanlar taksi şirkətləri arasında rəqabətin artması fonunda vətəndaşların bu xidmətdən istifadə imkanları genişlənmişdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin taksilərə tətbiq olunacaq vahid qiymət tarifi ilə bağlı çıxışında səsləndirdiyi “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” yanaşmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, məmurlar vətəndaşın seçim hüququ və davranış qaydalarına müdaxilə edə bilməz:

“İstənilən məmurun vətəndaşın davranış qaydalarına hər hansı məhdudiyyət qoymaq cəhdi totalitar düşüncənin təzahürüdür. Taksi xidmətindən istifadə edib-etməmək vətəndaşın şəxsi işidir. Bir məmur nəyə görə insanların seçiminə müdaxilə etməlidir? Hikmət Babayev öz işi ilə məşğul olsun və nəqliyyat sisteminin normal fəaliyyətinə zaman ayırsın.

İctimai nəqliyyat vaxtında və normal qrafiklə fəaliyyət göstərmirsə, metro bağlıdırsa, ümumiyyətlə, ictimai nəqliyyatda ciddi sıxlıq yaşanırsa, bu halda vətəndaş nə etməlidir?

Məmurlar anlamalıdırlar ki, COVID-19-la bağlı problemlərin mövcud olduğu bir şəraitdə vətəndaşın taksi xidmətindən istifadəsi əyləncə məqsədi daşımır. Bununla yanaşı, son zamanlar taksi şirkətləri arasında rəqabətin artması fonunda qiymətlər xeyli ucuzlaşmışdı və vətəndaşların bu xidmətdən istifadə imkanları genişlənmişdi.

Digər tərəfdən, koronavirus pandemiyası ilə bağlı dünyanın hər yerində taksi xidməti və şəxsi avtomobillərdən istifadə halları artıb. Çünki ictimai nəqliyyat virusun ən çox yayıldığı məkanlardan biridir. Bu davranış qaydası postpandemiya dövründə də dəyişməyəcək.

Türkiyəyə baxsaq, orada ötən illə müqayisədə bu il avtomobil satışı 60 faizdən çox artıb. Bunun səbəbi insanların ictimai nəqliyyatda virusa yoluxma riskini azaltmaq istəyidir. Azərbaycanda insanlar taksi xidmətindən istifadə edirlərsə, bu hal hansısa məmuru niyə narahat etməlidir?”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.