XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Azərpoçt”un şöbə müdiri işdən çıxıb - Ərizə yazanlar da var

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb - Ərizə yazanlar da var

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb - Ərizə yazanlar da var
6-09-2018, 14:17

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbəsinin rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Xatırladaq ki, o, “Azərpoçt”da 2008-ci ildən işləyirdi. Həmin şöbənin rəhbərliyinə hələlik təyinat olmayıb.

***

“Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bundan əlavə, əməliyyatlar şöbə rəisi Fərid Hüseynov da istefa verib.

Eyni zamanda qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.

Qeyd edək ki, hər üç şəxs öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək tutduğu vəzifələrdən azad olunmalarını rəhbərlikdən xahiş ediblər.

Xatırladaq ki, şöbə rəisi R. Dünyamalıyev sözügedən qurumda 2008- ci ildən fəaliyyət göstərib.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.