SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rektorların təhsil naziri olmaq uğurunda mübarizəsi - Kimin şansı daha çoxdur?

Rektorların təhsil naziri olmaq uğurunda mübarizəsi - Kimin şansı daha çoxdur?

Tarix:

5-02-2018, 11:41

/ 1 749 dəfə oxundu.
Rektorların təhsil naziri olmaq uğurunda mübarizəsi - Kimin şansı daha çoxdur?

İki aydan çoxdur, boş qalan təhsil naziri postuna yaxın günlərdə təyinat olacağı gözlənilir. Kifayət qədər strateji və böyük güclərin mübarizə apardığı bu vəzifəyə kimin gətiriləcəyi isə hələlik sual altındadır.
Mikayıl Cabbarov təhsil naziri görəvindən alınaraq, vergilər naziri postuna aparıldıqdan sonra onu yerinə təhsil naziri vəzifəsini icra edən birinci müavin Ceyhun Bayramovun gətiriləcəyi bildirilirdi. Bu iddianı irəli sürənlər fikirlərini onun Mikayıl Cabbarovla əvvəldən işləməsi, qarşılıqlı etimadın olması, eyni zamanda hakimiyyətin ən yuxarı eşalonunda kifayət qədər ciddi dəstəkçilərinin olmasıyla əsalandırırdılar. Bildirilirdi ki, onun nazir postuna gətirilməsi üçün həm də maliyyə naziri Samir Şərifov cəhd edir. Amma bir qədər sonra Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, hökumətin böyük etimad göstərərək yenicə yüksək vəzifəyə gətirdiyi Yusif Məmmədəliyevin təhsil naziri postuna layiq bilinəcəyi ilə bağlı mətbuatda gedən yazılar diqqəti Ceyhun Bayramovdan kənarlaşdırdı.
Buna baxmayaraq bu informasiyaların yayılmasından xeyli vaxt keçsə də, ortalıqda nəticə yoxdur. Son günlər isə təhsil naziri postuna namizədlər arasında ali məktəb rektorlarının adı hallanmağa başlayıb.
Daxil olan məlumata görə, təhsil naziri postuna gətirilməsi ehtimal olunan şəxslərin təyin edilməməsindən sonra onlar öz şanslarının daha çox olduğunu düşünür və buna görə də bütün güclərini ortaya qoymağa başlayıblar. Onlar hesab edirlər ki, ölkə başçısı özünü təsdiqləmiş, eyni zamanda islahatçı rektor imici qazanmış şəxslər arasında da seçim edə bilər.
Onlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. Elmar Qasımov gənc yaşlarından hökumətin etimad göstərdiyi və yüksək vəzifələri etibar etdiyi şəxsdir. 1973-cü il təvəllüdlü rektor 1995-1999-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi” medalına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.

O, hələ təhsil nazirinin müavini olduğu vaxtdan nazir postuna iddialı şəxs kimi tanınır. E.Qasımov 2011-ci ildə gözlənilmədən nazir müavini postundan uzaqlaşdırılanda əsas ehtimal bu idi ki, nazir postuna iddiasının qurbanı oldu.

İndi isə arzuladığı post hələlik boşdur. Buna görə də Elmar Qasımov bütün əlaqələrini işə salıb.

Ancaq bu posta Elmar Qasımovdan daha şanslı namizədlər var. Məsələn, Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış yazıçı, akademik Kamal Abdulla. K. Abdulla istər təhsil, istər elm, istərsə də siyasi karyerası baxımından daha öndə olan adamdır. O, təhsil sahəsində yenilikçi, işgüzar alim kimi tanınır, eyni zamanda mövcud hakimiyyətin ziyalı simalarından biridir. Kamal Abdulla İlham Əliyevin Prezident seçkilərində həmişə vəkil olub. Bir neçə il isə daha önə çəkilərək müşavir vəzifəsini icra edib. Bu keyfiyyətləri və ömrünü təhsil sahəsinə həsr edən bir şəxsin təhsil naziri təyin edilməsi real görünür.
Amma son vaxtların kadr təyinatı xətti, strateji postlara daha çox yeni simaların gətirilməsi ənənəsinin yaranması təhsil naziri ola biləcək rektorlar arasında İqtisad Universitetinin rektoru Ədalət Muradovun şansının daha çox olduğunu deməyə əsas verir.
Ədalət Muradov islahatçı rektor kimi tanınır. Onun qısa müddətdə müsbət imic qazanması, İqtisad Universitetinin sifətini dəyişə bilməsi, bir çox uğurlu layihələri həyata keçirməsi, ən əsası isə korrupsiyada adının demək olar ki, hallanmaması təhsil sahəsində peşəkar kadr olması faktını ortaya qoyub.
Üstəlik Ədalət Muradov vergilər naziri Mikayıl Cabbarovun kadrıdır. Onlar arasında şəxsi yaxınlıq, hətta qohumluq əlaqələrinin olduğu bildirilir. Buna görə də, güman edilir ki, Mikayıl Cabbarov məhz onun namizədliyini irəli sürəcək. Hər halda yeni təhsil naziri postuna təyinatda, 4 il bu sahəyə rəhbərlik etmiş və yüksək etimad göstərilən nazirin də fikri müəyyən rol oynaya biləcək...

BakuPost-az

Şərhlər

XƏBƏR LENTİ