Yeni təhsil nazirinin kimliyi bilindi: SƏRƏNCAM GÖZLƏNİLİR
Son yerdəyişmələrdən sonra boş qalmış mühüm dövlət postlarına təyinatların davam edəcəyi gözlənilir. Xatırladaq ki, ötən həftə uzun müddət təyinatı yubanan Yasamal rayon icra hakimiyyətinin başçısı postuna Cəlilabad rayonunun sabiq başçısı Əziz Əzizov gətirilib. Növbəti iş həftəsində isə təhsil naziri vəzifəsinə təyinatın olacağı bildirilir.
Savash.org-un əldə etdiyi məlumata görə, təhsil naziri postuna Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov təyinat alacaq. Məlumat üçün bildirək ki, sabiq təhsil nazirlərindən olan Misir Mərdanov da həmin vəzifəyə məhz BDU-nun rektoru kürsüsündən gətirilmişdi.
Mənbənin sözlərinə görə, yeni təhsil naziri kimi məhz Abel Məhərrəmovun üzərində dayanılması bir neçə amillə bağlıdır. Əvvəla, Abel Məhərrəmov əslən Qərbi Azərbaycan bölgəsindəndir və hakimiyyət onu nazir postuna gətirməklə qarşıdan gələn prezident seçkilərində sözügedən elektoratdan maksimum dəstək almağı hədəfləyib. Digər tərəfdən isə Abel Məhərrəmov sabiq təhsil naziri Mikayıl Cabbarovdan fərqli olaraq bu sahəyə yad adam deyil. Hakimiyyət onu seçməklə həm də “ölkə təhsili təsadüfi şəxslər ucbatından məhv edilir” anti təbliğatını neytrallaşdıracağını düşünür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək