XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Elnur Aslanovun postu niyə boş qalıb?

Elnur Aslanovun postu niyə boş qalıb?

Elnur Aslanovun postu niyə boş qalıb?
23-06-2017, 15:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri postu indiyə qədər boş qalıb

Şöbənin keçmiş müdiri Elnur Aslanov vəzifəsindən azad edildikdən sonra yerinə təyinat olmayıb.

Hazırda Elektron İdarəçiliyin İnkişafı şöbəsinə orada baş məsləhətçi vəzifəsində çalışan Şəbnəm Məmmədova və böyük məsləhətçi Rauf Cabbarov rəhbərlik edirlər. Bu şöbədə aparıcı məsləhətçi Sevil Eminalıyeva, aparıcı məsləhətçi Aygün Əhmədova, məsləhətçi Nargilə Vəliyeva və məsləhətçi Elgün Vəliyev işləyir.

Bütün şöbələr üzrə müdir vəzifəsi olsa da, sözügedən sektora nazir Ramin Quluzadə tərəfindən təyinat olmayıb.
E.Aslanov bu vəzifədən ötən ilin noyabrında çıxarılıb. Bəzi iddialara görə, sabiq məmur ABŞ-da yaşayır. Onun nurçuların lideri Fətullah Gülənlə sıx əlaqələrinin olduğu bildirilir.

Hətta Gülənə “hocam” xitabı ilə yazdığı məktub da üzə çıxmışdı. Məhz həmin məktubu tirajlanmasından sonra E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsini itirmişdi.

bakupost.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.