SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rabitə nazirindən müəmmalı addım: Elnur Aslanovun yerinə təyinat olmayıb

Rabitə nazirindən müəmmalı addım: Elnur Aslanovun yerinə təyinat olmayıb

Tarix:

25-01-2017, 00:23

/ 2 732 dəfə oxundu.
Rabitə nazirindən müəmmalı addım: Elnur Aslanovun yerinə təyinat olmayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Elnur Aslanovun müdirlik etdiyi şöbəyə hələ də təyinat olmayıb

Məlumata görə, Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri postu boş saxlanıb.

Ötən ilin yayında məzuniyyətə çıxan və geri qayıtmayan, ardınca nazirlikdəki vəzifəsində könüllü sürətdə istefa verdiyi bildirilən E.Aslanovun yeri boş qalıb.

Hazırda şöbəyə baş məsləhətçilər - Şəbnəm Məmmədova və Rauf Cabbarov rəhbərlik edir. İlahə Rzayeva aparıcı məsləhətçi, Sevil Eminalıyeva aparıcı məsləhətçi, Aygün Əhmədova aparıcı məsləhətçi, Abuhəyat Osmanova baş mütəxəssis, böyük inspektor vəzifəsində çalışır.

Rəşad Qarayev məsləhətçi, Nargilə Vəliyeva məsləhətçi, Elgün Vəliyev də nazirliyin bu şöbəsində məsləhətçi vəzifəsində çalışır.

E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatına xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı. E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

O zaman virtualaz.org-un əməkdaşı Elnur Aslanovla əlaqə yarada bilib və məlum olub ki, o, Bakıda və məzuniyyətdədir. Elnur Aslanov KİV-də yayılmış informasiyanı belə şərh edib:

“Yay fəslinin üstünlüklərindən istifadə edərək, qanunla nəzərdə tutulmuş məzuniyyətdəyəm və onu ailəmlə birlikdə keçirirəm.

Şübhəsiz ki, məzuniyyət bitən kimi işə çıxacağam. Ayrı-ayrı əli qələm tutanların gümanları həqiqətə uyğun deyil. Yanlış məlumatı yerləşdirmədiyiniz üçün sizin sayta minnətdarlığımı bildirirəm”.

Lakin göründüyü kimi, əli qələm tutan deyən E.Aslanovun özü yalan danışıbmış və mətbuatı həqiqi informasiyanı böhtan kimi yazmaqda qınayıbmış.

Özü yalan danışan fətullahçı E.Aslanovun məzuniyyətdən qayıtmaması və işindən istefa verməsi özünü ifşa etməkdir. Rabitə naziri isə onun şöbəsinə müdir təyin etməyib. Bu isə olduqca müəmmalı məqamdır.

Şərhlər

XƏBƏR LENTİ