Elnur Aslanov siyasi meydana qayıdır – PA, yoxsa Parlament?
Prezident Aparatının keçmiş şöbə müdiri Elnur Aslanov yenidən siyasi meydana dönür.
BakuPost-ın Elnur Aslanova yaxın şəxslərdən aldığı məlumata görə, Azərbaycan hökuməti ona yenidən etimad göstərəcək.
Bəziləri ona Prezident Aparatında vəzifə veriləcəyini bildirir. Amma daha yaxın çevirə Elnur Aslanovun Parlament seçkilərinə qatılacağı barədə qəti qərarın qəbul olunduğunu söyləyirlər: "Seçkilərə qatılması bir-iki gün ərzində elan ediləcək".
Qeyd edək ki, E.Aslanov 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.
Bundan sonra ABŞ-a oxumağa gedib və Harvard Business Schoolun məzunu olub. Hazırda bizneslə məşğuldur.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, iki kitab müəllifidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək