SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » PA-dan sonra növbə RYTN-ə çatdı: Elnur Aslanovun bu şöbəsi də ləğv olunur

PA-dan sonra növbə RYTN-ə çatdı: Elnur Aslanovun bu şöbəsi də ləğv olunur

Tarix:

30-01-2017, 09:10

/ 2 775 dəfə oxundu.
PA-dan sonra növbə RYTN-ə çatdı: Elnur Aslanovun bu şöbəsi də ləğv olunur

Elnur Aslanovun müdiri olduğu Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsi ləğv edildikdən sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki şöbəsi də eyni taleyi yaşaya bilər.

Bu barədə nazirlikdəki mənbədən verilən məlumata görə, Elektron İdarəçiliyin İnkişafı şöbəsi də ləğv edilə bilər. E.Aslanovun vəzifəsindən istefa verməsinin ardınca şöbəyə rəhbər təyin olunmayıb.

İddialara görə, sözügedən şöbədə ixtisarlar aparılıb və yaxın gələcəkdə şöbənin fəaliyyətinə xitam verilməsi gözlənilir. Ötən ilin yayında məzuniyyətə çıxan və geri qayıtmayan, ardınca nazirlikdəki vəzifəsində könüllü sürətdə istefa verdiyi bildirilən E.Aslanovun yeri boş qalıb.

Hazırda şöbəyə baş məsləhətçilər - Şəbnəm Məmmədova və Rauf Cabbarov rəhbərlik edir. İlahə Rzayeva aparıcı məsləhətçi, Sevil Eminalıyeva aparıcı məsləhətçi, Aygün Əhmədova aparıcı məsləhətçi, Abuhəyat Osmanova baş mütəxəssis, böyük inspektor vəzifəsində çalışır.

Rəşad Qarayev məsləhətçi, Nargilə Vəliyeva məsləhətçi, Elgün Vəliyev də nazirliyin bu şöbəsində məsləhətçi vəzifəsində çalışır. E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib.

Adı Gülən camaatına xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib. Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı.

Nazirlikdəki mənbədən verilən məlumata görə, Elektron İdarəçiliyin İnkişafı şöbəsinin fəaliyyəti səmərəsizdir və struktur islahatları çərçivəsində ləğvi gündəmdədir.

Xatırladaq ki, Elm, Texnologiya və İnformasiya cəmiyyətinin inkişafı şöbəsi, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin də ləğvi istisna edilmir.

Hazırda nazirlik qənaət rejiminə keçib, həm struktur islahatları, həm kadr islahatları həyata keçirilir. Bu da xeyli sayda rabitəçinin işsiz qalacağı deməkdir.

Şərhlər

XƏBƏR LENTİ