SON DƏQİQƏ
XalqXeber.Az » Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər

Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər

Tarix:

10-10-2022, 08:11

/ 300 dəfə oxundu.
Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər

 
"Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqlar İstanbulda keçirilə bilər"

Bunu Türkiyə və Aİ parlament komitəsinin sədri İsmayıl Emrah Karayel deyib.

Onun sözlərinə görə, Türkiyə regionda gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istəyir və bunun üçün çalışır.

“Biz güman edirik ki, tərəflər razılaşarsa, İstanbul danışıqlar məkanına çevrilə və bütün tərəflər üçün məqbul bir yer ola bilər”, - deyə siyasətçi bəyan edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilib. Məlumata görə, müvafiq təklif artıq “vacib və özəl” diplomatik kanallar vasitəsilə Vaşinqtona çatdırılıb. Amerika tərəfdən planla bağlı ilk şərhlər çox müsbət olub.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın da Rusiya ilə Ukrayna arasında mümkün danışıqların bərpa oluna biləcəyini açıqlayıb. (oxu.az)

Şərhlər

XƏBƏR LENTİ