SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İstanbulda taxıl böhranı ilə bağlı görüş başa çatdı - Yenilənib

İstanbulda taxıl böhranı ilə bağlı görüş başa çatdı - Yenilənib

Tarix:

13-07-2022, 19:05

/ 402 dəfə oxundu.
İstanbulda taxıl böhranı ilə bağlı görüş başa çatdı - Yenilənib

 İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başlayıb.

Xalqxeber.az “Habertürk”ə istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir. 

Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə edir.

Qeyd edək ki, fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

***

İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Bu barədə “Anadolu” məlumat yayıb.

Şərhlər

XƏBƏR LENTİ