"Müharibəni yalnız Putin dayandıra bilər" - Ukrayna Prezidenti
"Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.
"Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur", - o bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna danışıqlar heyətinin rəhbəri David Araxamia V.Zelenski ilə V.Putin arasında mümkün görüşün harada və nə vaxt keçiriləcəyinin hələ məlum olmadığını söyləmişdi.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var