Ərdoğan bu gün Ukraynaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.
Xalqxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.
Səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Həmçinin Ukrayna və Türkiyə arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması da nəzərdə tutulur.
Bununla belə, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Liderlər Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır