SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan taxıl müqaviləsinin uzadıldığını açıqladı

Ərdoğan taxıl müqaviləsinin uzadıldığını açıqladı

Tarix:

18-03-2023, 19:41

/ 540 dəfə oxundu.
Ərdoğan taxıl müqaviləsinin uzadıldığını açıqladı

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uzadıldığını açıqlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

“Hər iki tərəflə ( Rusiya və Ukrayna - red. ) apardığımız danışıqlar nəticəsində martın 19-da başa çatacaq müqavilənin müddətini uzaddıq”, - Türkiyə prezidenti bildirib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara “taxıl müqaviləsi”nin uzadılması istiqamətində səylərini davam etdirir.

Taxıl müqaviləsi martın 19-da başa çatacaq. Moskva sazişin müddətini 60 gün uzadıb. Bundan əvvəl müqavilənin müddəti 120 gün də  uzadılmışdı.

Şərhlər

XƏBƏR LENTİ