SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Sabah Rusiya ilə BMT arasında “Taxıl sazişi” görüşü keçiriləcək

Sabah Rusiya ilə BMT arasında “Taxıl sazişi” görüşü keçiriləcək

Tarix:

20-12-2022, 21:46

/ 315 dəfə oxundu.
Sabah Rusiya ilə BMT arasında “Taxıl sazişi” görüşü keçiriləcək

 
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin sabah BMT nümayəndələri ilə taxıl sazişi ilə bağlı görüş keçiriləcəyini açıqlayıb. 

 Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin sabah taxıl sazişi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə onlayn görüş keçirəcəklərini bildirib.

Verşinin Rusiya mətbuatına Türkiyə, Ukrayna , Rusiya və BMT arasında taxıl daşınması müqaviləsi ilə bağlı açıqlamalar verib.

Sözügedən razılaşma ilə bağlı Rusiya və BMT nümayəndələri arasında görüş keçiriləcəyi barədə məlumatı paylaşan Verşinin, "Sabah video konfransımız var. Sonra üz-üzə görüşəcəyik. Çox güman ki, yanvarda baş tutacaq. Belə danışıqları davam etdirəcəyik”. 

Verşinin BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan və BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin də iştirak edəcəyini bildirib:

"Əlbəttə, biz sazişin təfərrüatlarını və onun iş prosesini nəzərdən keçirəcəyik. Biz BMT nümayəndələrini mümkün qədər enerjili və səmərəli işləməyə məcbur edəcəyik. BMT Rusiyanın kənd təsərrüfatı məhsullarının maneəsiz çıxışı ilə bağlı bu sazişdəki öhdəliklərini yerinə yetirməlidir”.

Dekabrın 8-9-da İstanbulda xarici işlər nazirinin müavini səfir Sedat Önal və Verşinin başçılıq etdiyi nümayəndə heyətləri arasında Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşdə taxıl müqaviləsi də müzakirə olunub.

İyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl daşınması müqaviləsi imzalanıb.

Şərhlər

XƏBƏR LENTİ